AQTA baytarlıq apteklərində monitorinq keçirdi: Nöqsanlar aşkarlandı – FOTO

Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.

AQTA-dan resmixeber.az-a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir