TƏBİB kəskin hava şəraiti ilə bağlı 6 ədəd sanitar avtomobili hazır vəziyyətə gətirdi

Cəmiyyət

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə resmixeber.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb.

Sürüşkən, buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.

Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil hazır vəziyyətə gətirilib.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir