Ayaqyolu problemini gündəmə gətirən müəllimə töhmət verilməsi xəbərinə REAKSİYA – VİDEO

Cəmiyyət

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir:

“2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım edib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir