Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Lətafət Əmiraslanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 31 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, L.Əmiraslanova yaşadığı evdə dəm qazından zəhərlənib.
www.RESMIXEBER.az