Türkiyədə təhsil alan azərbaycanlı gənc itkin düşüb – FOTO

Cəmiyyət

Türkiyədə təhsil alan 30 yaşlı azərbaycanlı Fərid Möhsümov Samsun şəhərində itkin düşüb. 

resmixeber.az xəbər verir ki, bu barədə onun bacısı Fatimə Möhsümova məlumat paylaşıb. O, 12 gündür qardaşından xəbər ala bilmədiklərini qeyd edib:

“24.05.1992-ci il təvəllüdlü Möhsümov Fərid Sərraf oğlu  Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs universitetinin Hemşirelik fakültəsində birinci kurs tələbəsidir. Əgər sizin yaxınlarınız, tanışlarınız oradadırsa, bu barədə sorğu etməyinizi və paylaşmağınızı xahiş edirəm”.

Fatimə Möhsümova resmixeber.az-a açıqlamasında onu da bildirib ki, qardaşı müəyyən periodlarda ailə ilə gec əlaqə yaradıb, ancaq müddət bu qədər uzun çəkməyib:

“Biz onunla “WhatsApp” üzərindən əlaqə sağlayırdıq. Türkiyəyə məxsus nömrə almadığını deyirdi”.

Sayad Həsənli

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir