Didye Deşam Fransa millisini daha 4 il çalışdıracaq

Dünya

Didye Deşam Fransa millisini çalışdırmağa davam edəcək.

Bu barədə Fransa Futbol Federasiyası açıqlama verib.

Fransalı məşqçi ilə yeni müqavilə imzalanıb.

Müqavilə 2026-cı ilin iyun ayına kimi hesablanıb.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci il Dünya çempionatı və 2021-ci il Millətlər Liqasının qalibi olub. Həmçinin Avro-2016 və 2022-ci il Dünya çempionatının finalına yüksəlib.

Deşamın rəhbərliyi ilə Fransa millisi 139 oyun keçirib, 89 qələbə qazanıb və 22 məğlubiyyətlə üzləşib.

Mənbə: Sports.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir