İstanbulda partlayış törətməyə hazırlaşan iki İŞİD üzvü saxlanılıb – VİDEO

Dünya

Türkiyənin İstanbul şəhər Baş Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində bir nəfər Tacikistan və bir nəfər Özbəkistan vətəndaşı saxlanılıb.

Onların hər ikisinin İŞİD terror təşkilatı ilə əlaqələri olduğu müəyyən edilib.

Belə ki, şübhəlilər dekabrın 31-i Yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə hazırlaşıblar.

Onların saxlanılması zamanı polis atəş açmaq məcburiyyətində də qalıb.

Təhlükəsizlik qrupları tərəfindən yaxalanan şübhəlilərin ifadəsi alınmaq üçün İstanbul Terrorla Mübarizə Şöbəsinə gətirilib.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir