İrandan Türkiyəyə qaz nəqli 70% azalıb

Dünya

2023-cü il yanvarın 1-dən etibarən İran qazının Türkiyəyə tədarükü İranın qaz ötürücü sistemində nasazlıq səbəbindən planla müqayisədə 70% azalıb.

Bu barədə Türkiyənin “Botaş” dövlət şirkəti məlumat verib.

Hesabatda qeyd olunur ki, İran tərəfi problemin tezliklə həlli üzərində işləyir.

“Botaş” əmin edir ki, qış mövsümündə ölkənin qaz təchizatına mənfi təsir göstərməmək üçün bütün tədbirlər görülüb və əlavə ehtiyaclar yeraltı anbarlar hesabına ödəniləcək.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir