Meksikanın paytaxtında qatarlar toqquşub: Ölən və yaralananlar var – FOTO/VİDEO

Dünya

Meksikanın paytaxtı Mexikoda metrostansiyada iki qatar toqquşub.

Məlumatı Mexiko şəhərinin meri Klaudiya Şeynbaum təsdiq edərək əlavə edib ki, hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri, polis, Mülki Təhlükəsizlik nazirliyinin və Vahid Risk İdarəetmə İdarəsinin əməkdaşları cəlb olunub.

“Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Qatarda ilişib qalan dörd sərnişindən üçü artıq xilas edilib, daha birinin xilas edilməsi hələ də davam edir”, – deyə Mexiko meri vurğulayıb.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir