Lənkəranda məsciddə axundu bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Kriminal

Lənkəranda axundu məsciddə bıçaqlamaqda təqsirləndirilən Çingiz Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

resmixeber.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev səhər saatlarında sübh namazı zamanı, həmin kəndin sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. Ona çoxsaylı bıçaq zərbələri endirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Çingiz Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir