Bakıda “I Turan Kitab Festivalı” keçiriləcək

Mədəniyyət

Bakıda “I Turan Kitab Festivalı” keçiriləcək.

“resmixeber.az”un məlumatına görə, festival 11-15 yanvar 2023-cü il tarixlərində “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq.

Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edəcək. 

“I Turan Kitab Festivalı”nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

Qeyd edək ki, “Pasaj-1901” sərgi salonunda olacaq festivala giriş sərbəstdir.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir