Almaniyanın Rur bölgəsində 32 yaşlı iranlı saxlanılıb. O, zəhərli sianid və risin maddələrindən istifadə etməklə terror aktına hazırlaşmaqda şübhəli bilinir.
Həbs şənbə günü yerli vaxtla gecə yarısı baş verib.
Polisin məlumatına görə, şübhəli şəxs başqa bir kişi ilə birlikdə nəzarətə götürülüb. İranlıın hücum planlarının nə qədər irəlilədiyi və konkret hədəfin müəyyən edilib-edilmədiyi hələlik məlum deyil.
Qeyd edək ki, çox zəhərli olan risin hərbi-bioloji silah kimi tanınır. Sianid də çox zəhərli maddə olmaqla, onun cüzi bir miqdarı belə insanlara ölümcül təsir göstərir.
Mənbə: rbc.ua
www.102info.az