Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət

Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

“resmixeber.az” xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.

10:15

Şuşa şəhərində qar yağmaqda davam edir.

“resmixeber.az”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.

www.102info.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir