Zelenski Estoniyaya səfər edib

Baş səhifə

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski xanımı ilə Estoniyaya
rəsmi səfər edib.

Trend xəbər verir
ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, bu gün (iyunun 9-da) Estoniyada Şimal və Baltik
ölkələrinin səkkizliyinin (NB8) zirvə toplantısı keçirilir.




Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, o artıq
Ukrayna Prezidenti ilə ikitərəfli görüş keçirib. Görüş zamanı,
xüsusilə müdafiə texnologiyaları sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunub.

Bundan əlavə, Ukrayna Prezidentinin nümayəndəsi Sergey
Nikiforovun sözlərinə görə, dövlət başçısı artıq Latviya və İsveçin
baş nazirləri ilə də görüşlər keçirib.

Həmçinin bildirilib ki, Zelenskinin Estoniya Prezidenti və Baş
naziri ilə görüşləri planlaşdırılıb.