“Koroğlu” metrosundan hava limanı istiqamətində hərəkət məhdudlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

Hal-hazırda Suraxanı rayonu, Aeroport şosesində ( “Buta Palace”
yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron
məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın
digər hissəsinin söküntü işləri aparılır.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.




Bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından
(Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı
istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
edilib. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar
Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin
rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər
görülür.