Bakı. Trend:
Yunanıstanda fermerlər traktorları ilə paytaxt Afinada etiraz
aksiyası keçiriblər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, fermerlər dövlət subsidiyaları ilə
bağlı korrupsiya araşdırmaları səbəbindən gecikən ödənişlərin
verilməsini və istehsal xərclərini azaltmağa yönəlmiş dəyişikliklər
tələb ediblər.
Məlumata görə, həftələrdir ölkənin müxtəlif bölgələrində yolları
bağlayan fermerlər bu dəfə paytaxta gələrək aksiyanı davam
etdiriblər.
Etirazçılar Sintaqma meydanında toplaşaraq traktorlarını
parlament binasının qarşısında parklayıblar. Aksiyaya ictimai və
özəl sektor işçiləri, tələbələr və bir sıra qeyri-hökumət
təşkilatları da dəstək verib.
Fermerlər artan istehsal xərcləri və aşağı məhsul qiymətlərinin
onalar üçün problem yaratdığını bildiriblər.

