
Bakı. Trend:
Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
uşaq müəssisələrində apardığı monitorinqlər nəticəsində “Orbita”
özəl uşaq bağçasının fəaliyyətinin qeyri-qənaətbəxş olduğu
aşkarlanıb.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci
ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində
bildirib.
Onun sözlərinə görə, “Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti qaydası”na əsasən Monitorinq qrupu tərəfindən 15
dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində
monitorinq aparılıb:
“Onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən
qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş hesab
edilib. Monitorinqlərin nəticələri barədə məlumatlar Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilib”,-komitə sədri
qeyd edib.


