Bakı.Trend:
“Kristal“dan Yasamalda mənzil
almaq istəyən, amma faiz və kredit yükü istəməyənlərə real
fürsət!
“Park
Yasamal“ layihəsində təqdim olunan
“Evini hissə-hissə al” satış modeli ilə yeni mənzilinə
addım-addım, imkanına uyğun şəkildə sahib ola bilərsən. Bu yanaşma
kredit, faiz və aylıq öhdəlik olmadan mənzil sahibi olmaq
istəyənlər üçün nəzərdə tutulub.

Modelin əsas prinsipi sadədir: alıcı seçdiyi mənzildən istədiyi
qədər yaşayış sahəsi əldə edir və hər kvadratmetr onun adına rəsmi
şəkildə sənədləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m., istərsə də
daha çox — seçim tamamilə müştərinin büdcəsinə və planına uyğun
formalaşır. Vəsait olduqca əlavə kvadratmetrlər alınaraq mənzilin
sahəsi tədricən artırılır. Bu müddət ərzində heç bir faiz
hesablanmır və aylıq ödəniş öhdəliyi yaranmır. Ödənilən məbləğ
birbaşa real mənzil sahəsinə çevrilir.
Əldə edilən sahə satış dəyərinə paralel olaraq dəyər qazanır.
Yəni əmlakın satış qiyməti yüksəldikcə sənin sahib olduğun
kvadratmetrlərin də dəyəri artır. Bu isə vəsaitin inflyasiyadan
qorunması deməkdir.

Əgər toplanan məbləğ seçilmiş mənzilin tam alınmasına kifayət
etməzsə və ya həmin mənzil proses müddətində satılarsa, müştəriyə
alternativ variantlar təqdim edilir. Topladığı dəyər həmin günün
bazar qiyməti əsasında hesablanaraq layihə daxilində və ya şirkətin
digər layihələrində uyğun mənzilə yönləndirilə bilər.
Gələcəkdə müştəri mənzil əldə etmək fikrindən imtina edərsə və
ya planlarını dəyişərsə, yatırdığı vəsaiti illik 12% artımla geri
almaq hüququna malikdir. (Bu 12%-lik illik gəlir hər bir ödəniş
üzrə ayrıca qaydada, vəsaitin yatırıldığı tarixdən etibarən faktiki
saxlanma müddətinə uyğun şəkildə hesablanır və tətbiq olunur.)

“Park
Yasamal”da eyni zamanda 36 ayadək faizsiz daxili kredit və 20
ilədək ipoteka imkanı mövcuddur. 15%-dən başlayan ilkin ödənişlə öz
planına və maliyyə imkanlarına uyğun variantı seçə bilərsən.
Layihə Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin
yaxınlığında, şəhərə rahat çıxışı olan ərazidə yerləşir. Kompleksdə
həm hazır, həm tikintisi davam edən, həm də əşyalı mənzillər
satışdadır. Mənzillər 39,71 m²-dən 120,47 m²-dək, 2, 3, 4 otaqlı və
studiya variantlarda təqdim olunur. İtkisiz, maksimum səmərəli
planlanan mənzillər sakinlərə Avropa brendləri ilə tam təmirli
şəkildə təhvil verilir.
Əlavə olaraq, mənzil üçün etdiyiniz ilkin ödənişin ƏDV məbləği
30 iş günü ərzində sizə geri qaytarılır. Bu isə ilkin ödənişin real
olaraq azalması deməkdir.

Yasamalda hissəli alışla ev sahibi olmaq üçün layihənin satış
ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi


