
Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.
Trend xəbər
verir ki, bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə
Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi
həyata keçirilib.
1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin
əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.
Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib,
həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının
pensiyasına əlavə olunub.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə
pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə
ödəniləcək.


