Bakı. Trend:
Bakıda Babək prospekti 10 ünvanında yaşayış binası yanır.
Trend-in sorğusuna
cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki,
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri
və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
“Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam
edir”, məlumatda qeyd olunub.

