Bakı. Trend:
Güclü külək səbəbindən Barselona Beynəlxalq Hava Limanında ən
azı 101 reys təxirə salınıb.
Trend xəbər verir
ki, bu barədə Aena “X” hesabında məlumat yayıb.
Bildirilib ki, daha 10 təyyarə alternativ hava limanlarına
yönləndirilib.
Paylaşımda meteoroloqların hava şəraitində tədricən yaxşılaşma
gözlədikləri qeyd olunub.
Kataloniya Mülki Müdafiə İdarəsi şiddətli hava şəraiti ilə
əlaqədar yüzlərlə hadisənin qeydə alındığını açıqlayıb. Agentliyin
məlumatına görə, 86 nəfərə tibbi yardım göstərilib, onlardan 34-ü
tibb müəssisələrinə yerləşdirilib.
Qeyd edək ki, İspaniyanın dövlət meteorologiya agentliyi
fevralın 12-də Kataloniyada əlverişsiz hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.

