
Bakı. Trend:
İstefası ilə bağlı yayılan iddialara münasibət bildirən Böyük
Britaniyanın Baş naziri Kir Starmer növbəti parlament seçkilərə
qədər Leyborist Partiyasına rəhbərlik etməyi planlaşdırdığını
deyib.
Trend xəbər verir ki, Starmer
bu fikirləri “Sky News” telekanalına müsahibəsində səsləndirib.
“Bəli, belə bir niyyətim var. Dəyişiklikləri reallaşdırmaq üçün
mənə beş illik mandat verilib. Qalmaq və seçicilərin məni seçərkən
gözlədiyi işi — yəni islahatları həyata keçirməyi qarşıma məqsəd
qoymuşam”, – deyə Baş nazir bildirib.
Xatırladaq ki, növbəti seçkilərin 2029-cu ildə keçirilməsi
nəzərdə tutulur. Bununla yanaşı, Böyük Britaniyada parlamentin
seçkiləri istənilən vaxt keçirmək səlahiyyəti mövcuddur.


