Azərbaycanda bu MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotu ləğv edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində
tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi (İKTA) “Premiumnetaz” MMC-nin internet telekommunikasiya
xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin
edib.

Trend xəbər
verir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, İKTA-nın apardığı araşdırma zamanı Cəmiyyətin
internet telekommunikasiya xidməti göstərən provayder kimi uçota
alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış
məlumatlar əlavə olunduğu aşkarlanıb.

Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il
tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet
telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin
uçotunun aparılması Qaydası”na əsasən uçotun ləğvi üçün birbaşa
hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və
“Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən
operator kimi uçotu ləğv olunub.




İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin
hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq
vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota
alınmış operator və provayderlərin xidmətlərindən istifadəni
tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin
xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı
hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət
və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli
dərəcədə məhdudlaşdıra bilər.

Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən
operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada
uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal
mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Agentlik xəbərdarlıq edir ki, uçota alınmamış internet
provayderləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər
həyata keçiriləcək.

Belə ki, uçota alınmadan internet telekommunikasiya xidməti
göstərən hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə
nəzərdə tutulmuş inzibati tədbirlər tətbiq edilə, onların
fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Abunəçilərə
xidmət müqaviləsi bağlamazdan əvvəl operator və provayderin rəsmi
uçot statusunu
Nazirliyin

İKTA-nın internet informasiya ehtiyatları
vasitəsilə
yoxlamaları tövsiyə olunur.