Biləsurvarda “kələm” yükündən külli miqdarda narkotik vasitə aşkar edildi

Baş səhifə

Bakı.Trend:

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi
tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək
qanunsuz dövriyyədən çıxarılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.




Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana
“kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin
tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı
13 kisəyə reaksiya verib.

Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm”
formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş,
qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram
narkotik vasitə – marixuana aşkar edilib.