Bakı. Trend:
Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi,
hava marşalı Riçard Nayton bildirib ki, münaqişə bitərsə,
Ukraynanın təhlükəsizliyinə əmin olmadığı təqdirdə, ona qoşun
göndərməyəcək.
Trend-in məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı
xəbər verib.
“Hərbi komandanlığın nazirlərin dəstəyi ilə qərarlar qəbul
edərkən vəzifəsi təhlükə səviyyəsini qiymətləndirmək və
yerləşdirilmənin faydalarının mümkün risklərdən daha çox olduğunu
təmin etməkdir”, – deyə o bildirib.
R.Nayton bildirib ki, Ukraynadakı Britaniya qoşunları üçün
kifayət qədər təhlükəsizliyin təmin olunmasına inam olsa da, “real
əməliyyat mühitində sıfır risk kimi bir şey yoxdur”.

