
Bakı. Trend:
Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss
olunmuş zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik
stansiyasında bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 194
km cənubda, dəniz dibinin 49 km dərinliyində qeydə alınıb.
Qeyd olunub ki, şəhərdə Rixter şkalası üzrə iki bal gücündə
yeraltı təkanlar hiss olunub.


