G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığı azaltmaq barədə razılığa gəliblər

Baş səhifə

Bakı. Trend:

“Yeddilik Qrupu” (G7) ölkələri nadir torpaq mineralları üçün
Çindən asılılıqlarını azaltmaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri
Satsuki Katayama “G7” maliyyə nazirləri arasında keçirilən
danışıqlardan sonra bildirib.




Bundan əlavə, S.Katayamanın Çinin Yaponiyaya ikili təyinatlı
malların ixracına tətbiq etdiyi embarqo ilə bağlı Tokionun
mövqeyini həmkarlarına açıqladığı qeyd olunub.

Qeyd edək ki, Çin Kommersiya Nazirliyi elan edib ki, embarqo
yanvarın 6-da “hərbi məqsədlər və hərbi gücün gücləndirilməsinə
töhfə verən digər məqsədlər üçün” ikili təyinatlı malların
tədarükünə tətbiq olunacaq.