Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün
ölkələrə 25 faizlik gömrük rüsumlarının tətbiq olunacağını
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.




“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ
ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək”, – deyə ABŞ
prezidenti bildirib.

Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxıla
bilməyəcəyini vurğulayıb.