
Bakı. Trend:
Yəmən hökuməti Birləşmiş Ərəb Əmirliklərinə 24 saatlıq ultimatum
verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yəmənin Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Muhəmməd əl-
Alimi ölkənin şərqində separatçıların fəaliyyəti ilə əlaqədar BƏƏ
ilə hərbi müttəfiqliklə bağlı sazişi birətərəfli olaraq ləğv etməyə
qərar verib.
Müvafiq fərmanın mətni Yəmənin “SABA” agentliyi tərəfindən dərc
olunub.
Yəmən hökuməti eyni zamanda BƏƏ-yə ölkədə olan bütün canlı
qüvvələrini çıxarması üçün 24 saat vaxt verib.


