Bu il “SOCAR Polymer”in ixracdan əldə etdiyi gəlirlər artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında “SOCAR Polymer”in ixracdan
əldə etdiyi gəlirlər 242,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
“İxrac icmalı”nın dekabr nəşrinə istinadən xəbər verir.




İnformasiyaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 10,1 milyon ABŞ dolları və ya 4,3 faiz daha çoxdur.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti
yerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC,
SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi”
MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu”
Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar Respublikasının
Enerji Xidməti yer alır.