
Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıblar. Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
MƏLUMAT YENİLƏNİR …
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


