
İspaniyanın “Real” klubunun baş məşqçisi Xabi Alonso heyətin qış fasiləsində gücləndirilməsini istəyib.
“Report” ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi qış transferlərini təxirə salmaq qərarına gəlib.
İspaniyalı mütəxəssis yanvar ayında bir neçə futbolçunun heyətə cəlb olunmasını tələb edib. O, yarımmüdafiə xəttində rəqabətin daha da artırılmasının tərəfdarıdır. Lakin rəhbərlik yalnız mütləq zərurət yarandığı halda bu addımı atmağı planlaşdırır. “Real” “yay transfer pəncərəsində” yeni oyunçulara 167,5 milyon avro xərcləyib.
Qeyd edək ki, Madrid təmsilçisi hazırda 18 turdan sonra La Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan dörd xal geri qalır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


