
Bakı. Trend:
Suriyada milli pul əsginaslarından 2024-cü ilin dekabr ayından
devrilmiş prezident Bəşər Əsədin ailəsinin təsviri
yığışdırılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bunun əvəzində Suriya funtunun yeni əsginaslarında ölkənin kənd
təsərrüfatını tərənnüm edən – zeytun, qızıl gül, portağal və buğda
təsvirləri əksini tapır.
Yeni dizaynlı əsginasın təqdimatında Suriya Mərkəzi Bankının
rəhbəri Əbd Əl Kadr Husriyə qeyd edib ki, ölkədə hazırda pul
islahatı aparılır. İslahatda başlıca olaraq hazırkı 100 funta
bərabər olan yeni valyuta vahidinin tətbiqi nəzərdə tutulur.
10-dan 500-ə qədər nominalda olan yeni funtlar yanvarın 1-dən
etibarən tədavülə buraxılacaq.


