“Barselona” “Yuventus”un hücumçusunu istəyir

Baş səhifə

Bakı. Trend:

“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə
maraqlanır.

Trend xəbər verir ki, serb
futbolçunun Turin klubuyla müqaviləsi bu mövsümün sonunda başa
çatır. “Marca”nın məlumatına görə, kataloniyalılar oyunçunu yayda
azad agent kimi və ya qışda kiçik məbləğ qarşılığında transfer
etməyi nəzərdən keçirirlər.

“Barselona” klubda gələcəyi sual altında olan Robert
Levandovskini əvəz edə biləcək oyunçuları axtarır. Komandanın baş
məşqçisi Hans-Diter Flik Ferran Torresi vacib oyunçu hesab etsə də,
klub prezidenti Xuan Laporta “top səviyyəli” hücumçu ilə müqavilə
bağlamaq istəyir.




Bildirilir ki, “Barselona” Vlahoviçə yaxşı maaş təklif edə
bilər, baxmayaraq ki, bu, onun “Yuventus”dakı maaşından aşağı
olacaq.

Qeyd edək ki, cari mövsümdə Vlahoviç A Seriyasında 13 matçda
iştirak edib və 3 qol vurub.