
2026-cı ildən etibarən Rusiya vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış ilboyu olacaq.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Bununla belə, xidmət yerinə göndərilmə ildə iki dəfə – 1 aprel-15 iyul və 1 oktyabr-31 dekabr tarixlərində həyata keçiriləcək.
Sənədə əsasən, ehtiyatda olmayan və hərbi xidmətə cəlb edilməli olan 18-30 yaş arası 261 min nəfərin çağırışı da planlaşdırılıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


