Qızılın qiyməti aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Qızıl fyuçerslərinin qiyməti dekabrın 22-dən sonra ilk dəfə
olaraq bir troya unsiyası üzrə 4 400 dollar həddindən aşağı
enib.

Trend xəbər verir ki, bu
barədə “Comex” ticarət platformasının (Nyu-York əmtəə birjasının
bölməsi) açıqladığı göstəricilərdə qeyd olunur.




Bakı vaxtı ilə saat 18:30-da qiymətli metalın dəyəri 3,65 faiz
azalaraq bir troya unsiyası üçün 4 386,6 dollar olub. Saat 18:35-ə
yaxın isə eniş tempi zəifləyib və qızılın qiyməti 3,46 faiz
azalmaqla 4 395,4 dollar səviyyəsində qərarlaşıb.