İstanbul klubu yeni baş məşqçisini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Fatih Karagümrük” klubunun yeni baş məşqçisi məlum
olub.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.




Məlumata görə, Super Liqa təmsilçisini Aleksandar Stanoyeviç
çalışdıracaq. İstanbul klubu serbiyalı mütəxəssislə mövsümün sonuna
kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Aleksandar Stanoyeviçin son iş yeri ölkəsində “Partizan” olub.