2026-cı ildə gözlənilən astronomik hadisələr məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Super Aylar, günəş tutulmaları və qütb parıltıları
ilə dolu astronomik hadisələr gözlənilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ilin ilk Super Ayı 3 yanvarda baş
verəcək və bu, meteor yağışı ilə üst-üstə düşəcək. Lakin ay
işığının parlaqlığı bəzi zəif alov toplarını gizlədə bilər. İkinci
Super Ay 24 noyabrda, üçüncüsü isə dekabrın 23-dən 24-nə keçən
gecəyə təsadüf edəcək. Bu Super Ayı Yer kürəsindən 356.740 kilometr
məsafədə keçəcək.

May ayında isə astronomik “mavi ay” müşahidə olunacaq.




Bundan əlavə, 17 fevralda Antarktidada yalnız bir neçə tədqiqat
stansiyasından izlənilə biləcək “od halqası” şəklində Günəş
tutulması baş verəcək.

12 avqustda isə Arktikada başlayıb Qrenlandiya, İslandiya,
İspaniya üzərindən keçəcək tam Günəş tutulması olacaq. Bu tutulma 2
dəqiqə 18 saniyə davam edəcək.

2026-cı ildə Günəşdə çoxlu partlayışlar da gözlənilir. Bu isə
Yer kürəsində geomaqnit fırtınalarına səbəb olacaq və qütb
parıltılarının yaranmasına şərait yaradacaq.