Bu ölkədə ev qiymətləri artmağa davam edir

Baş səhifə

Bakı. Trend:

Honkonqda fərdi ev qiymətləri ardıcıl altıncı ayda da artaraq
noyabr ayında aylıq müqayisədə 0,9 faiz yüksəlib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə şəhərin Reytinq və
Qiymətləndirmə Departamentinin məlumatında qeyd olunub.




Məlumata görə, oktyabr ayı ilə müqayisədə ev qiymətlərindəki
artım əvvəlki ayın yenidən baxılmış 0,4 faizlik artımından sonra
baş verib. 2024-cü il ərzində ümumi qiymət artımı 2,8 faiz təşkil
edib və bu, 2021-ci ildən bəri davam edən illik azalmaya son
qoyub.

Artım faiz dərəcələrinin endirilməsi və fond bazarındakı müsbət
əhval-ruhiyyə ilə əlaqələndirilir. Bununla belə, Hong Kongda ev
qiymətləri hələ də 2021-ci ildəki zirvə səviyyəsindən təxminən 30
faiz aşağıdır. Buna səbəb kimi yüksək ipoteka faizləri, zəif
iqtisadi perspektiv və Covid-19 məhdudiyyətləri ilə milli
təhlükəsizlik qanunlarının təsiri ilə ölkəni tərk edənlərin
yaratdığı zəif tələb göstərilir.