
Bakı. Trend:
“Kəpəz”in qış hazırlıq planı bəlli olub.
Trend xəbər verir ki, “sarı-göylər” yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına
başlayacaq.
Məlumata görə, hazırlıq prosesi qış fasiləsi başa çatana kimi
davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa
çıxacaq. Gənc təmsilçisi yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ”
komandası ilə üz-üzə gələcək.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv ayın 17-də isə
Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq.


