Polşa prezidenti və baş naziri arasında sosial şəbəkədə mübahisə yaranıb

Baş səhifə

Bakı. Trend:

“X” sosial şəbəkəsində Polşa Prezidenti Karol Navrotski və
respublikanın baş naziri Donald Tusk arasında siyasət və tarix
mövzusunda qızğın polemika yaranıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Polşalı dövlət başçısı, ilk dəfə deyil ki, kollektiv Qərbi Polşa
üçün əsas təhdid adlandırır. Prezidentin bu sözlərini şərh edən
Tusk, hakim koalisiya ilə anti-Avropa blok arasında suverenlik,
dəyərlər, Şərq və ya Qərb seçimi ilə bağlı ciddi mübahisənin
getdiyinə diqqət çəkib.

Navrotski, baş nazirin bu açıqlamasına operativ reaksiya verib
və etiraf edib ki, Tuskun tarix fakültəsinin məzunu olmasına
inanmaqda çətinlik çəkir.




“Siz Boleslav Xrabranı Şərq və Qərbdə mübarizədə, Böyük Polşa
üsyançılarını isə almanlara (hərçənd onlar da Qərbə aiddir) qarşı
Polşa uğrunda mübarizədə ittiham edirsiniz?”, – deyə o soruşub.

Navrotski, Alman imperatorlarına və Kiyev Rusuna qarşı çıxan
Polşanın ilk kralı Boleslav I-i nəzərdə tutub. “Böyük Polşa
üsyançıları” dedikdə isə, dövlət başçısı XVIII, XIX və XX əsrlərdə
müstəqillik uğrunda mübarizə aparanları nəzərdə tutub.

Prezident əlavə edib ki, Tusk “qəsdən münaqişə yaradır”.

Bununla yanaşı, o, baş nazirə xoş bazar günü arzulayıb, Tusk isə
cavab olaraq “şirin yuxular” yazıb. Navrotski, Tuskun son sözü
deməsinə imkan verməyərək, ona da sakit gecə arzulayıb.