Binəqədidə evdə baş verən yanğında 1 nəfər ölüb

Baş səhifə

Bakı.Trend:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan
birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16
m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən
yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər
yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.