İlham Mirzəliyev Balakəndə vətəndaşları qəbul edəcək

Baş səhifə
İlham Mirzəliyev Balakəndə vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Balakən rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayının 23-ü saat 10:00-da rayonda yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək. Qəbul Balakən və Zaqatala sakinləri üçün təşkil ediləcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.