“Bunun adı qrip deyil!” – Tanınmış həkim həyəcan təbili çaldı

Baş səhifə

“Qrip üç həftə davam edə bilməz… Kəskin faza uzağı bir həftəyə keçməlidir…üç həftə insan qızdırırsa, bunun adı qrip olmayacaq…”

Modern.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev hazırda müşahidə olunan xəstəlik barədə bildirib.

“Camaatı panikaya salmayaq, amma qripdi, boş verin demək də düzgün deyil…”, – həkim əlavə edib.

V.Qarayevin sözlərinə görə, uşaqlarda pnevmoniya sıxlaşıb.

“İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir”,- deyə o xəbərdarlıq edib.

Pediatrın sözlərinə görə, vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan “qaçmaq” mümkündür….