Azərbaycanda BKM vasitəsilə aparılmış ödənişlərin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi
(BKM) vasitəsilə 69,2 milyon ədəd həcmdə 3,2 milyard manat emal
olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend
Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm
ifadəsində 9,2 milyon ədəd və ya 15,3%, məbləğ baxımından isə 311
milyon manat və ya 10,9% çoxdur.




Ötən ilin 1 dekabr tarixinə olan vəziyyətə görə Azərbaycanda BKM
vasitəsilə ümumilikdə 2,8 milyard manat dəyərində 60 milyon ödəniş
əməliyyatları aparılıb.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) bank kartları ilə
aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını, yəni
banklar arasında ödənişlərin düzgün ötürülməsi və
yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə
infrastrukturudur. Sadə dillə desək, BKM bir növ “körpü” rolunu
oynayır, fərqli bankların kartları ilə edilən ödənişlərin
bir-birinə düzgün çatmasını təmin edir.