İndoneziyada qocalar evində yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Şimali Sulavesi əyalətinin paytaxtı Manadoda
qocalar evində baş verən yanğın nəticəsində azı 16 nəfər həyatını
itirib, daha 3 nəfər isə ağır yanıq xəsarətləri alıb.

Trend yerli
“Antara” dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, yanğın
zamanı bir sıra yaşlı sakinlər binanın içində qalaraq xilas ola
bilməyiblər. Polis həlak olan şəxslərin şəxsiyyətini
müəyyənləşdirməyə çalışır.




Səlahiyyətli qurumlar hadisənin başvermə səbəbləri və şəraiti
ilə bağlı araşdırmalara başlayıb. Yanğının dəqiq səbəbi hələlik
açıqlanmayıb.