Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatının Hammonton şəhərində iki helikopter
havada toqquşub və nəticədə ən azı bir nəfər ölüb.
Trend xəbər verir
ki, hadisə yerli KİV-lər tərəfindən yayımlanıb.
Məlumata görə, pilotlardan başqa helikopterlərdə heç kim
olmayıb; onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya
çatdırılıb.
Federal Aviasiya Administrasiyası bildirib ki, “Enstrom F-28A”
və “Enstrom 280C” helikopterləri Hammonton hava limanı üzərində
toqquşub. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

