Meksikada sərnişin qatarı relsdən çıxıb

Baş səhifə

Bakı. Trend:

Meksikanın Oaxaka ştatının Nissanda şəhəri yaxınlığında sərnişin
qatarı relsdən çıxıb.

Trend xəbər verir
ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri Nazirliyi məlumat
yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Oaxaka ştatının Nissanda
bölgəsində yerləşən Z xəttində qatar qəzası baş verib və hadisə
zamanı aparıcı lokomotiv relsdən çıxıb.




Məlumata görə, qatarda iki lokomotiv və dörd sərnişin vaqonu
olmaqla, ümumilikdə doqquz heyət üzvü və 241 sərnişin olub.

Zərərçəkənlərə müvafiq yardım göstərilir, səlahiyyətli qurumlar
hadisə yerində cavab tədbirlərini əlaqələndirir və texniki
məlumatlar toplayır.