Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb

Baş səhifə

Bakı. Trend:

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti
Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş
başlayıb.

Trend-in
məlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo
iqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə
təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə
mövzusu olacaq.




Bundan əlavə, görüşdən sonra tərəflərin Avropa liderlərinə zəng
etməsi də nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı
Vladimir Putinlə telefon danışığı aparıb.

Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə
beşinci səfəridir.