Macarıstan Aİ-nin miqrasiya paktıni yerinə yetirməyəcək – Peter Siyarto

Baş səhifə

Bakı. Trend:

Macarıstan 2026-cı ildə qüvvəyə minəcək Avropa İttifaqının (Aİ)
miqrasiya paktının şərtlərini yerinə yetirməyəcək..

Trend-in
məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter
Siyarto bildirib.

O qeyd edib ki, hökumət qanunsuz miqrantını öz ərazisinə
buraxmayacaq.




“Biz 2026-cı ildə buna “yox” deyirik və əvvəlcədən bəyan edirik:
Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata
keçirməyəcək. Biz miqrantlar istəmirik, paralel cəmiyyətlər
istəmirik və Milad tətillərini qorxu içində keçirmək istəmirik”, –
deyə nazir “Facebook” səhifəsində yazıb.

P.Siyarto beləliklə, 20 dekabr 2024-cü ildə Maqdeburq Milad
bazarında baş verən terror aktını xatırladıb. Həmin hadisədə 50
yaşlı Səudiyyə Ərəbistanlı kişi avtomobilini izdihamın üzərinə
sürmüşdü. Hücum nəticəsində altı nəfər həlak olub, 300-dən çox
insan yaralanıb.